NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 265
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 621,8 min dollar pul köçürülüb.

 

"İslaminSesi.info" bildirir ki, APA-nın Gürcüstanın Milli Bankına istinadən xəbər verir ki, bu, fevral ayının göstəricisi ilə müqayisədə 22,6% çoxdur.

 

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana köçürülmüş pul vəsaitinin həcmi isə 4 mln. 338,3 min dollar təşkil edib.

 

Mart ayında qonşu ölkədən Azərbaycana 908,7 min dollar, yanvar-mart aylarında isə 2 mln. 521,2 min dollar köçürülüb.

 

Ötən ay Gürcüstana xarici ölkələrdən, ümumilikdə 131,1  mln. dollar daxil olub ki, bu da ötən ilin analoji göstəricisindən 17% çoxdur.  Gürcüstana mart ayında ən çox pul köçürmələri Rusiya (38,1 mln. dollar), İtaliya (15,5 mln. dollar) və Yunanıstandan (13, 7 mln. dollar) daxil olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system