“Azərbaycanda yarımçıq doğulanların sayı...” - Baş neonatoloqla MÜSAHİBƏ

Oxundu: 69
“Azərbaycanda yarımçıq doğulanların sayı...” - Baş neonatoloqla MÜSAHİBƏ

Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Təcrübə göstərir ki, vaxtından qabaq doğulanların bir hissəsi tələıf olur, bir hissəsi isə sağlam və gümrah yaşayır. Hətta onlardan bəziləri görkəmli şəxsiyyətlərə çevrilirlər. Azərbaycanda da hər il vaxtından əvvəl doğumlar qeydə alınır.

 

Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov yarımçıq və anomaliya ilə doğulanlarla bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Rüstəm doktor, hazırda Azərbaycanda vaxtından əvvəl doğulmuşlar yenidoğulmuşların neçə faizini təşkil edir?


- Ayrı-ayrı illərdə Azərbaycanda yarımçıq doğulan uşaqlar yenidoğulmuşların 8-12 faizini təşkil edir.


- Bəs bu il üzrə göstəricilər necədir?


- Bu ilin göstəriciləri ilin axırında bəlli olacaq. Elə bu il üçün də faiz göstəriciləri bu rəqəmlər arasında proqnozlaşdırılır. Ümumi hesabat zamanı dəqiq rəqəmlər açıqlanacaq.


- Ümumilikdə yarımçıq doğulanların neçə faizi sağ qalır?


- Bilirsiniz, ayrı-ayrı qruplar üzrə faiz göstəriciləri fərqlidir. 22-38 həftəlik doğulanlar vaxtından əvvəl doğulanlardır. Çəkidə 2 kiloqram-2 kiloqram 500 qrama qədər erkən doğulanların 97-98 faizi yaşayır. Ayrı-ayrı qruplarda ölüm faizi və sağ qalma faizi fərqlənir.


- Bəs ekstermal çəkidə doğulanların neçə faizi yaşayır?

- 500 qram-1000 qram arasında doğulanlar ekstermal çəkili sayılırlar. 1 kiloqramdan yuxarı 1 kiloqram 500 qramadək olanlar çox az çəkilə doğulmuşlardır. Amma ekstermal çəkili uşaqların təxminən 30-35 faizi sağ qalır. 1kiloqramlıq uşağın həyatda sağ qalma faizinin artması mütəxəssisin nəaliyyətlərindən də çox asılıdır.



- Rüstəm doktor, bəs anomaliya ilə doğulan uşaqların statisitikasında vəziyyət necədir? Bir neçə gün əvvəl Bakıda ağızsız, qulaqları boynunda inkişaf edən körpənin doğulması böyük rezonans doğurdu. Ümumiyyətlə bu anomaliyanın səbələri araşdırılırmı?


- Sözsüz ki, araşdırılır. Genetik laboratoriyalar bu cür anomaliyaları araşdırır. Ümumilikdə Azərbaycanda andangəlmə qüsurlar artmır. Sadəcə bu qüsurların diaqnostikası artır. Artıq ana bətnində aparılan ultrasəs müayinəsi, diaqnostika üsulları və s. genişlənib. Həmçinin, uşaq doğulandan sonra ilkin diaqnostika qoyulması xeyli təkmilləşib. Anomaliya ilə doğulanlar əvvəllər elə doğuş zalında tələf olurdular. Amma indi şöbələrə daxil olurlar, onlar üzərində müayinələr aparılır. İrsi xəstəlikdirsə, İrsi Problemlər İnstitutunda aşkar olunur və s. Faiz nisbətinə gəldikdə, burda dəyişiklik yoxdur.

 

- Son hadisə barədə ilkin məlumatlar nədən ibarətdir? Yəni bu cür qüsura nə səbəb ola bilər? Çünki ailənin bundan əvvəl doğulan iki uşağında hər hansı qüsur olmadığı açıqlanıb.

- Bu hadisə ilə bağlı konkret məlumat yoxdur. Amma ümumi olaraq bu cür qüsurlar adətən antinetal dövrdə kənar proseslərin təsirindən baş verə bilir. Bu cür anomaliyalara mühit, infeksiya, toksiki proses, radiasiya təsiri, gün şüasının artması və s. təsirlər edə bilər. Kənardan hüceyrəyə yad agent daxil olur və hüceyrənin bölünməsi düzgün davam etmir.


- Doktor hazırda çox müasir diaqnostika üsullarının olduğunu siz özünüz də təsdiqlədiniz. Mümkündürmü ki, bu cür anomaliya ultra səs müayinəsi zamanı aşkarlanmasın?


- Adətən, böyük faizlə anomaliyalar USM vasitəsilə müəyyən edilə bilir. Hətta uşağın gözünün olub-olmaması, gözün yerləşdiyi ambisiyanın sümükləri, inkişafı USM-də görünür. Amma bunlar da 100 faizlik nəticə deyil. Nəticələr barədə yazılanda da göstərilir ki, USM tam informasiya verə bilməz. Nəticələrdə 10-15 faizlik fərqlilik olması mümkündür.

Bəzən uşağın ana bətnində yerləşməsi də bəzi məqamları izləməyə imkan vermir. Hətta uşağın cinsini müəyyən etmək üçün USM-yə müraciət edən analar bəzən uşağın bətndə yerləşməsi səbəbindən bunu öyrənə bilmirlər.

 

- Bir çox hallarda neqativ nəticələrdə həkimlər günahlandırılır. Amma günümüzdə 9 aylıq hamiləlik dövründə məsuliyyətsizlikdən yaxud böyüklərin “biz USM-yə getməmişik, doğmamışıq?!” kimi qınaqlarından dolayı bu müayinədən imtina edənlər də var...

- Bəli, doğru deyirsiniz. Bizdə çox paradoksal vəziyyət yaranıb. Protokolla hamilə qadın təxminən bir neçə dəfə USM-yə getməlidir. Təbii ki, bu fərdlərə görə dəyişir. Amma bəzən ehtiyac olmadığı təqdirdə analar dəfələrlə USM-yə gedirlər. Bəziləri isə çox təəssüf ki, 21-ci əsrdə ümmiyyətlə bu m

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system