NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda xarici valyutada əmanətlərin həcmi azalıb

Oxundu: 348
Azərbaycanda xarici valyutada əmanətlərin həcmi azalıb

2017-ci il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 370,6 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 285,5 mln. manatı (31,01%) milli valyuta, 5 mlrd. 85,1 mln. manatı (68,99%) isə xarici valyuta ilə yerləşdirilib.

"İslaminSesi.info" "APA-Economics" -ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

 

2016-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 768,3 mln. manat və ya 50,64% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 846,3 mln. manat və ya 14,3% azalma var.

 

Bununla yanaşı, ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda manatda olan əmanətlərin həcmi 95,9 mln. manat və ya 4,4% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 5,5 mln. manat və ya 0,11% azalıb.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system