NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda uzunömürlülər üzrə laboratoriya yaradıla bilər

Azərbaycanda uzunömürlülər üzrə laboratoriya yaradıla bilər

Səhiyyə Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) uzunömürlülər üzrə birgə laboratoriyası yaradıla bilər.

 

"İslaminSesi.info" xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxış edən Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

 

A.Əlizadə bildirib ki, Azərbaycanda uzunömürlü insanların sayı artıb: "Tibb elmi Akademiyada əsaslı şəkildə inkişaf edib, Azərbaycanda çox güclü tibb elmi məktəbləri yaradılıb".

 

Akademiya prezidenti əlavə edib ki, elmi tədqiqatların gələcək inkişafı bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlıdır.

 

Bunun tibb sahəsi üçün xüsusilə aktual olduğunu deyən akademik AMEA ilə Səhiyyə Nazirliyi arasında cihaz və avadanlıqların istifadəsi sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsini vacib sayıb.

 

O qeyd edib ki, tibb sahəsində kompüter texnologiyası geniş istifadə edilməlidir.modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system