NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda tibb müəssisəsinin müdiriyyəti və həkimi şəxsən məsuliyyət daşıyacaq - Doğuş zamanı

Oxundu: 72
Azərbaycanda tibb müəssisəsinin müdiriyyəti və həkimi şəxsən məsuliyyət daşıyacaq - Doğuş zamanı

Azərbaycanda tibb müəssisəsinin müdiriyyəti və həkimi doğuş, hamiləlik zamanı pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaq.

İslaminSesi - APA-nın məlumatına görə, bu, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində nəzərdə tutulur.


Sənədin 4-cü maddəsində (Qadınların reproduktiv sağlamlığının qorunması) qeyd edilir ki, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına, dölə və yenidoğulmuşa tətbiq edilən tibbi müdaxilə növləri və üsullarının həyat və sağlamlıq üçün maksimum təhlükəsizliyi təmin edilməlidir. Tibb müəssisəsinin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaqlar.


Qeyd edək ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasında müzakirə ediləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system