ÖLKƏ

Oxundu: 106

"Azərbaycanda qızılca xəstəliyi yoxdur" - Baş pediatr

"Azərbaycan 2015-ci ildən qızılca və məxmərəyin eliminasiyasına nail olub. O zamandan ölkədə bu xəstəliklərə yoluxan xəstə ilə bağlı məlumat yoxdur. Yəni, bu gün üçün Azərbaycanda qızılca xəstəliyi yoxdur ".

"İslaminSesi.info" "Report"-a istinadən  xəbər verir ki, bunu K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Rusiya, Ukrayna kimi ölkələrdə qızılca təhlükəsinin Azərbaycana keçməsi məsələsinə aydınlıq gətirərkən deyib.

 

Onun sözlərinə görə, ölkədə adıçəkilən xəstəliklərlə bağlı peyvəndin əhatəsi yüksək (95 faiz) olub: "Ona görə də bu xəstəliyin ölkədə olma ehtimalı yoxdur. Lakin ölkə kənarından bura gələn vətəndaşlardan peyvənd olunmayan uşaqların yoluxma faizi yüksəkdir. Bu səbəbdən uşaqların peyvənd olunması vacibdir".

 

N.Quliyev əlavə edib ki, qızılcanın ev şəraitində müalicəsi mümkün deyil: "Çünki ağır xəstəlikdir və müxtəlif formaları var". 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system