NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda qızıl hasilatı illik 29% azalıb

Oxundu: 239
Azərbaycanda qızıl hasilatı illik 29% azalıb

Azərbaycanda 2018-ci ilin yanvar-avqust ayları ərzində 2 802,2 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,8% azdır.

 

İslaminSesi bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

Rəsmi statistikaya əsasən, 1 sentyabr 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 25,3 kq təşkil edib.

 

Bu ilin yanvar-avqust ayları ərzində gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə artaraq 1 133,6 kq-a çatıb.

 

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub.

 

Hazırda Azərbaycanda qızıl “AzerGold” QSC Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən hasil olunur.

 

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system