NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda qızıl axtardılar, qədim abidə çıxdı - Video

Oxundu: 220
Azərbaycanda qızıl axtardılar, qədim abidə çıxdı - Video

Tovuzda naməlum şəxslər dağın ətəyində qazıntı işləri aparıblar. Qazıntının qızıl tapmaq məqsədilə aparıldığı iddia edilir. Lakin qazıntılar zamanı daha dəyərli hesab edilə biləcək materiallar tapılıb.

 

"İslaminSesi" xezerxeber.az-a istinadən bildirir ki, həmin ərazidə Qafqaz Albaniyası dövrünə aid qəbir daşları, qədim quyular və şəhərcik qalıqları aşkar edilib. Dağətəyi ərazidə alban mədəniyyətinə aid bir çox abidənin izləri də var.

Söhbət Tovuz rayonunun Məşədilər kəndindən gedir. Yerli sakinlərin sözlərinə görə, bu ərazi qədim yaşayış məskəni olub. Qəbir daşları olduğu güman edilən sal daşlarının üzərində ucları yarpağa oxşayan xaç işarələri həkk edilib. Bu cür xaçlar isə qədim alban mədəniyyətində mövcud olub. Dağın ucqar hissəsində, sıldırımlı qayaların arasında şəhərcik də yerləşib.

 

Sakinlərin sözlərinə görə, 1980-ci ildən 1988-ci ilə kimi ermənilər üzdə olan bu cür abidələrin üzərindəki xaçların formasını dəyişməyə cəhd ediblər. Lakin sakinlər bu məkrli addımı anlayaraq bu cəhdin qarşısını alıblar.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system