NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda qeydə alınan zəlzələlərin sayı bəlli oldu

Oxundu: 90
Azərbaycanda qeydə alınan zəlzələlərin sayı bəlli oldu

2018-ci ildə Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsilə 7000-ə yaxın zəlzələ qeydə alınıb.

"İslaminSesi.info"- nın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatında qeyd edilib.

 

Baş verən zəlzələlərdən 4000-ə yaxını Azərbaycan və ona bitişik ərazilər, 3000-ə yaxını isə uzaq zəlzələlərdir.

 

Azərbaycan ərazisində 3346 zəlzələ qeydə alınıb ki, onlardan ən güclüsü iyun ayında Zaqatalada baş verən maqnitudası 5.5 olan zəlzələ olub.

 

Bu zəlzələ episentrdə 6 bal, ətraf ərazilərdə 3-4 bal gücündə hiss olunub. Hesabatlarda il ərzində respublika ərazisində seysmik aktivlik, zəlzələ ocaqlarının vəziyyəti, baş verən zəlzələlərin mexanizmləri və s. kimi məsələlər haqqında ətraflı məlumatlar verilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system