NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır - 12 450 manat

Oxundu: 2413
Azərbaycanda Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır - 12 450 manat

Dövlət büdcəsi hesabına ölkə Prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadəyə verilib

 

İslaminSesi Yeniavaz.com-a istinadən  xəbər verir ki, Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (5860 dollar) maaş alır. Eyni zamanda bu vəsaitin üzərinə əməkhaqqının 25%-i məbləğində aylıq təmsilçilik xərci də əlavə edilir. Bu isə o deməkdir ki, Yaponiyadakı səfirimizin aylıq əmək haqqı 7325 dollar və ya mövcud məzənnə ilə 12 450 manat səviyyəsindədir.

 

Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında Prezident İlham Əliyev Gürsel İsmayılzadəni Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Lakin maraqlıdır ki, Xarici İşlər Nazirliyin rəsmi saytında (link: - http://tokyo.mfa.gov.az/content/33) Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri olaraq Gürsel İsmayılzadənin adı qeyd olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system