NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 73
Azərbaycanda pilotsuz mülki uçuş aparatlarından istifadə qaydaları təsdiqlənib

Azərbaycanda pilotsuz mülki uçuş aparatlarından istifadə qaydaları təsdiqlənib

İslaminSesi bildirir ki, Dövlət Mülki Aviasiya Administrasiyasının və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mütəxəssisləri tərəfindən “Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb.

Administrasiyadan "APA-Economics"ə verilən məlumata görə, sözügedən layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir.

 

Qeyd olunan layihə 2015-ci ilin 8 sentyabr tarixində Nazirlər Kabinetinə tərəfimizdən təqdim edilib. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla bu layihə razılaşdırılma mərhələsindən keçib və Nazirlər Kabinetinə təqdim edilib. Qeyd edilən qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Nazirlər Kabinetinin göstərişi daxil olub (dərkənar № 17/17/3404-26/18/22; 09 dekabr 2016-cı il). Bildiririk ki, sonrakı mərhələdə sözügedən qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər tərəfimizdən edilib. Bu layihə dövlət qurumları və digər hüquqi, habelə fiziki şəxslər tərəfindən baxılması və mümkün rəy və təkliflərinin bildirilməsi üçün təqdim olunur (bu layihə Dövlət Mülki Aviasiya Administrasiyasının rəsmi saytının “Hüquqi aktların layihələri” bölməsində yerləşdirilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system