NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda ovçuluq müasir tələblərə uyğunlaşdırılır

Oxundu: 253
Azərbaycanda ovçuluq müasir tələblərə uyğunlaşdırılır

Mövcud ovçuluq təsərrüfatlarının müasir, sivil tələblərə uyğun yenidən qurulması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qeyri-hökumət təşkilatlarının, ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak ediblər.

 

Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması məqsədilə nazirlik tərəfindən ilk dəfə təşkil olunan görüşdə ovçuluq təsərrüfatlarının durumu barədə geniş təqdimat keçirilib, Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub.

 

Görüşün sonunda mövcud ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması üçün əhatəli biznes-planın və təkliflərin hazırlanaraq üç həftə ərzində nazirliyə təqdim edilməsi və növbəti görüşlərin keçirilməsi qərara alınıb.

 

Əlavə məlumat və suallar üçün [email protected] elektron ünvanına müraciət oluna bilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system