NAMAZ VAXTLARI:
  • FƏCR 05:32
  • GÜN 06:52
  • ZÖHR 12:26
  • ŞAM 18:17
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda orta aylıq əmək haqqı azalıb

Oxundu: 65
Azərbaycanda orta aylıq əmək haqqı azalıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% artaraq 541,2 manat olub. Amma bu, yanvar-iyul aylarının yekunları ilə müqayisədə 0,2% azdır.

"İslaminSesi.info" bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

 

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% artaraq 1540,3 min nəfər olub, onlardan 880,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 659,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,3%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i tikinti, 7,0%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,1,6%-i maliyyə və sığorta fəaliyyəti,11,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system