NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İQTİSADİYYAT

Oxundu: 126
Azərbaycanda məşhur milyarderin şirkəti ləğv olunur

Azərbaycanda məşhur milyarderin şirkəti ləğv olunur

Oktyabrın 25-də "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İslaminSesi "APA-Economics" şirkətin yaydığı elana istinadən xəbər verir ki, iclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

 

"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system