NAMAZ VAXTLARI:
  • FƏCR 05:11
  • GÜN 06:31
  • ZÖHR 12:32
  • ŞAM 18:49
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda məhkum olunmuş şəxslərə 4 elektron nəzarət vasitəsi tətbiq ediləcək

Azərbaycanda məhkum olunmuş şəxslərə 4 elektron nəzarət vasitəsi tətbiq ediləcək

“Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin Siyahısı” təsdiqlənib.

"İslaminSesi.info" bildirir ki,  Nazirlər Kabinetinin “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

 

Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər:

 

 

elektron qolbağı– məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Elektron qolbaq üçüncü şəxslər tərəfindən paltar altında görünməməsi üçün kiçik və yüngül olmalı, nəzarət subyektinə zərər verməyəcək materialdan hazırlanmalı, onun gündəlik fəaliyyətinə çətinlik yaratmamalı, enerji ehtiyatı indikatoru, kilidin açılması, kəmərin kəsilməsi, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini dəstəkləməli, zərbəyə, suya, toza, habelə hərarət və hündürlüyün dəyişməsinə qarşı dözümlü olmalı, uzun müddətdə fasiləsiz işləmək üçün enerji ehtiyatını saxlamalıdır. Müstəqil işləyən elektron qolbaq, həmçinin şəbəkə indikatoru, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları, nəzarət qurğuları ilə kompleksdə işləyən elektron qolbaq isə həmin qurğulardan uzaqlaşması detektorları ilə təmin edilməlidir;

 

mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Mobil nəzarət qurğusu cibdə yerləşməsi üçün kiçik və yüngül olmalı, enerji ehtiyatı və şəbəkə indikatorları, şəbəkədən ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini, interaktiv xəritəni dəstəkləməli, GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir;

 

ev nəzarət stansiyası – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları eyniləşdirərək şəxsin həmin yerdə olması haqda məlumatları monitorinq mərkəzinə ötürən elektron cihazdır. Ev nəzarət stansiyası bir və ya əlaqəli işləyən bir neçə qurğudan ibarət ola bilər. Ev nəzarət stansiyası evdə üfüqi və ya şaquli səth üzərində rahat yerləşdirilməsi üçün kiçik olmalı, yerüstü xətt və (və ya) GSM vasitəsilə şəbəkəyə qoşulmalı, enerji ehtiyatı, şəbəkə və işlək olması indikatorları, enerji mənbəyindən və şəbəkədən ayrılması, fiziki və proqram müdaxiləsi, habelə yerdəyişməsi detektorları, səs xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və əlavə ehtiyat enerji qida mənbəyini dəstəkləməli, əhatə dairəsini tənzimləmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir;

 

ev siqnal ötürücüsü – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron cihazdır. Ev siqnal ötürücüsü bir və ya əlaqəli işləyən bir neçə qurğudan ibarət ola bilər. Ev siqnal ötürücüsü evdə üfüqi və ya şaquli səth üzərində rahat yerləşdirilməsi üçün kiçik olmalı, siqnalların radiotezliklər (Wi-Fi, Bluetooth və sair ola bilər) vasitəsilə ötürücüsü, enerji ehtiyatı, işlək olması indikatorları, enerji mənbəyindən ayrılması, fiziki və proqram müdaxiləsi, habelə yerdəyişməsi detektorları ilə təchiz edilməli, stasionar və əlavə ehtiyat enerji qida mənbəyini dəstəkləməlidir.apa

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system