SOSİAL

Oxundu: 78
Azərbaycanda körpələrin 10 faizi vaxtından əvvəl doğulur - Baş neanotoloq

Azərbaycanda körpələrin 10 faizi vaxtından əvvəl doğulur - Baş neanotoloq

"Hər il Azərbaycanda, təqribən, 150 min körpə doğulur. Onun 8-10 faizi vaxtından əvvəl doğulan körpələr olur".

İslaminSesi "Report"un məlumatına istinadən  bunu Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynov deyib.

 

Onun sözlərinə görə, bu gün Azərbaycanda ekstremal - 500 qram – 1 kiloqram çəki ilə doğulan uşaqların 50 faizindən çoxu yaşayır: "Azərbaycanda uşaqların vaxtından əvvəl doğulması ilə bağlı problemlər həll olunur. Belə uşaqların sağ qalma faizi ildən-ilə yüksəlir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 75-85 fazidir. Biz də inkişaf etmiş dövlətlərdə olduğu kimi, bu rəqəmə çatdırmaq istəyirik. Biz bu hədəfə nail ola bilərik".

 

R.Hüseynov əlavə edib ki, Vaxtından əvvəl Doğulan Uşaqların Beynəlxalq Günü 2009-cu ildə ilk dəfə Vyana şəhərində qeyd olunub. Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu uşaqlara cəlb etməkdir.

 

R.Hüseynovun sözlərinə görə, uşaqların vaxtından əvvəl doğulması bütün dünyada rast gəlinən problemdir: "Dünyada hər il 15 milyon uşaq vaxtından əvvəl doğulur. Təəssüf ki, onların bir milyonu dünyaya gəldikləri ilk gündə ölür".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system