NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda “koksaki” virusu yayılıb? - AÇIQLAMA

Oxundu: 281
Azərbaycanda “koksaki” virusu yayılıb? - AÇIQLAMA

Sosial şəbəkələrdə “koksaki” adlı virus yayılması barədə xəbərlər gündəm olub.

"İslaminSesi.info"-nın məlumatına görə, xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir.

 

Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır.

 

Səpkilərə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. 

 

Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, “koksaki” adlı virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

 

“Hələlik bu virusla bağlı müraciət edənlər olmayıb”.

 

Qeyd edək ki, bu xəstəlik, adətən, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system