Azərbaycanda İİV-ə yoluxanlar arasında kişilər daha çoxdur

Oxundu: 53
Azərbaycanda İİV-ə yoluxanlar arasında kişilər daha çoxdur

Qərbdə QİÇS halları azalır, amma şərqdə azalma halları olmasa da yoluxmada sabitləşmə müşahidə edilir.

 

İslaminSesi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

 

Onun sözlərinə görə, Avropa regionunda olduğu kimi Azərbaycanda da İİV-ə yoluxma halları qadınlara nisbətən kişilər arasında daha çox müşahidə edilir:

 

“İİV-in gecikmiş diaqnostikası problem olaraq qalır. 2020-ci il üçün nəzərdə tutulmuş "90-90-90" hədəfinə nail ola bilmirik. Bu hədəfə görə, İİV-li insanların müalicəyə cəlb olunma göstəricisi 90 faizə, diaqnozun qoyulması 90 faizə, virusun insanlar arasında azalma göstəricisi 90 faizə çatmalı idi”.

 

Mütəxəssis vurğulayıb ki, hazırda virus yükünün azalması təxminən 73 faizə çatıb:

 

“Çalışmalıyıq ki, birgə əməkdaşlıqla Azərbaycanda da bu hədəflərə nail olaq”.

 

O qeyd edib ki, bu ilin sonuna kimi ÜST tərəfindən İİV-in müayinəsi ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir:

 

“Bu tövsiyələr ilin axrına kimi təsdiq olunarsa, gələn ildən Səhiyyə Nazirliyi və QİÇS Mərkəzi ilə birgə yeni müayinə protokolları hazırlanacaq”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system