Azərbaycanda əhali sayı da artıb, boşanmalar da… - Rəsmi STATİSTİKA

Oxundu: 109
Azərbaycanda əhali sayı da artıb, boşanmalar da… - Rəsmi STATİSTİKA

Bu ilin əvvəlindən avqust ayının 1-nə kimi Azərbaycan Respublikası üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 10027874 nəfərə çatıb.

 

İslaminSesi bildirir ki, Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hər kvadrat kilometrə düşən əhali sayı 116 nəfər olub.


Cari ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 79861 doğulan körpə qeydə alınıb.

 

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.

 

Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəmdir.

 

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

 

Bu ilin 7 ayı ərzində ölkədə 33647 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 5,8-ə düşüb.


Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidmətinin (DMX) müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1095 nəfər gələn, Azərbaycandan isə 892 nəfər gedən qeydə alınıb. 

 

Miqrasiya saldosu müsbət 203 nəfər təşkil edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system