NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda dörd vulkan püskürə bilər - AÇIQLAMA

Oxundu: 166
Azərbaycanda dörd vulkan püskürə bilər - AÇIQLAMA

Fevralın 5-də, gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələdən sonra dörd vulkan aktivləşə bilər.

"İslaminSesi.info" bildirir ki,  bunu açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

 

Onun sözlərinə görə, zəlzələnin Qobustanda “Şıxzərli”, Şamaxıda “Quşçu”, “Dəmirçi”, “Qızmeydan” vulkanlarında aktivləşmə yarada biləcəyi ehtimal olunur:

“Çünki güclü zəlzələ baş verdikdə vulkanlar aktivləşir. Adlarını çəkdiyim vulkanlar zəlzələ ocaqlarına çox yaxın ərazidə yerləşir. Zəlzələ zamanı yaranan gərginlik vulkanın aktivləşməsinə səbəb olur.

 

Təcrübə göstərir ki, vulkana yaxın ərazilərdə zəlzələ olduqda püskürmə baş verir. Buna görə də bu vulkanların püskürəcəyi gözlənilir”.

 

Adil Əliyev qeyd edib ki, hazırda zəlzələ baş verən ərazidə araşdırma aparılır:

 

“Dəqiq məlumatı araşdırmadan sonra demək mümkündür. Bəlkə də, aktivləşmə püskürmə şəklində yox, vulkanın fəaliyyətində aktivlik şəklində özünü göstərəcək”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system