Azərbaycanda dəhşətli qəza: sürücünün anası şüşədən çıxaraq 10 metr kənara düşdü - VİDEO

Oxundu: 192
Azərbaycanda dəhşətli qəza: sürücünün anası şüşədən çıxaraq 10 metr kənara düşdü - VİDEO

Kəmər taxmayan sərnişin hadisə yerində ölüb

 

Sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyin vacibliyi barədə həm qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyəti, həm də real ölüm təhlükəsi var. Avtosfer.az olaraq dəfələrlə bu barədə maarifləndirici materiallar təqdim etmişik. Qeyd edək ki, bu materiallar təkcə sürücülər üçün deyil. Sərnişinlərin də təhlükəsizlik kəmərindən istifadə etməsi zəruridir.

 

Təqdim etdiyimiz video ötən ilin yayında Bakı-Qazax yolunda çəkilib. Görüntü uzaqdan olsa da qəzanın baş verdiyi və sonra avtomobilin alın şüşəsindən sərnişinin çıxaraq 10 metr kənara düşdüyü görünür. Qəza nəticəsində sürücü xəsarət alıb, amma həyatını itirməyib.

 

Çünki təhlükəsizlik kəmərindən istifadə edib. Kəmər taxmayan sərnişin (sürücünün anası) isə hadisə yerində ölüb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü anası ilə birlikdə Gürcüstandan gəlirmiş. Yolda sükan arxasında yuxulayıb və idarə etdiyi "Toyota Prado" markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Bir daha sürücü və sərnişinləri öz həyatlarını riskə atmamaq üçün təhlükəsizlik kəmərindən istifadə etməyə çağırırıq.

 

Ümid edirik ki, təqdim etdiyimiz video çoxları üçün dərs olacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system