NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq

Oxundu: 170
Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq

"Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq".

"İslaminSesi.info"  xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.

 

"Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları olacaq", - səfir deyib.

 

Diplomat qeyd edib ki, Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq.  

 

Xatırladaq ki, Azərbaycanda iki Rusiya universitetinin - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system