NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 119
Azərbaycanda daha bir televiziya kanalının bağlanma ehtimalı var

Azərbaycanda daha bir televiziya kanalının bağlanma ehtimalı var

İslaminSesi bildirir ki, Lider kanalının müflis olmaq üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki,  kanalın işçiləri artıq 4 aydan çoxdur ki, maaş almır. Sosial şəbəkədə yayılan məlumatlara görə, xəbərlər və həmçinin digər canlı yayımda çalışan əməkdaşlar işdən çıxarılıb. Hətta kanalın gecə növbəsinin ləğv olunduğu və bəzi texniki avadanlıqların satışa çıxarıldığı da qeyd olunur. 

 

“Qafqazinfo” məsələyə münasibət öyrənmək üçün “Xəbərlər” departamentinin müdiri Anar Şükürovla əlaqə saxlayıb. O qeyd edib ki, rəhbəri olduğu departament fəaliyyətini davam etdirir: “Gördüyünüz kimi, yeni sezonda  biz hər iki saatdan bir efirə çıxırıq. Amma digər suallarla bağlı kanalın PR meneceri ilə əlaqə saxlamaq lazımdır”. 

“Qafqazinfo”  kanalın PR meneceri ilə əlaqə saxlasa da, onun telefonuna zəng çatmayıb. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system