NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda cərrah iş başında öldü

Oxundu: 116
Azərbaycanda cərrah iş başında öldü

Gəncə şəhərində məşhur cərrah xəstəxanada ölüb.

"İslaminSesi.info" Report-a istinadən xəbər verir ki, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın həkim-cərrahı, 61 yaşlı Adnan Xaliq oğlu İsmayılov bu gün dünyasını dəyişib.

 

O, işə getdikdən bir müddət sonra otağında qəflətən halı pisləşib. Dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. A.İsmayılovun ürəyində yaranmış problem səbəbindən öldüyü bildirilir.

 

Qeyd edək ki, A.İsmayılov 20 ildən çoxdur həkim-cərrah kimi fəaliyyət göstərib. O, bir müddət Abbas Səhhət adına 1 saylı Xəstəxananın Cərrahiyyə şöbəsinin baş həkimi də işləyib. Ailəli olub və iki övladı var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system