NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda bu cərimə ləğv edilə bilər - Sürücülərə şad xəbər

Oxundu: 117
Azərbaycanda bu cərimə ləğv edilə bilər - Sürücülərə şad xəbər

Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.

"İslaminSesi.info" avtosfer-a istinadən xəbər verir ki, Azərbaycandan çıxarılan avtomobillərin 2 il müddətində geri gətirilməməsi ilə bağlı avtomobilin dəyərinin 50-100 faiz arasında tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.
 
Bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov jurnalistlər üçün təşkil edilən təlimdə deyib. O bildirib ki, Gömrük Komitəsi bu cərimənin aradan qaldırılması ilə bağlı humanistlik göstərərək müzakirələr aparır. İnzibati Xətalar Məcəlləsində bu qaydanın ləğvi ilə əlaqədar komitə tərəfindən müraciət olunub. Cari ildə bu məsələnin öz həllini tapması gözlənilir. Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system