NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda boşanma müraciətlərinin sayı 3 dəfəyə yaxın artıb

Oxundu: 115
Azərbaycanda boşanma müraciətlərinin sayı 3 dəfəyə yaxın artıb

Azərbaycanda son 13 ildə məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb.

"İslaminSesi.info"  Trend-ə istinadən xəbər verir ki, 2005-ci ildə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılan mülki işlərin sayı 8.727 olduğu halda, 2010-cu ildə onların sayı 12.592 , 2017-ci ildə isə 24.140 olub.

 

Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub. Belə müraciətlərin sayı illər keçdikcə daha da çoxalıb.

Azərbaycanda məhkəmələrdə 2005-ci ildə nikah müqavilələri ilə bağlı 6.466, 2010-cu ildə 7.921, 2017-ci ildə 13.063 mülki işə baxılıb.

 

Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı mübahisələrin sayında da artım müşahidə edilib. 2005-ci ildə atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı 432, 2010-cu ildə 621, 2017-ci ildə isə 845 mülki işə baxılıb.

 

Son 13 ildə övladlığa götürmə və onun ləğvi ilə bağlı mübahisələrin sayı isə azalıb. 2005-ci ildə belə müraciətlərin sayı 702, 2010-cu ildə 571, 2017-ci ildə isə 541 olub.

Valideynlik hüquqlarından məhrumetmə ilə bağlı mülki işlərin sayı ötən müddətdə demək olar ki, çox dəyişməyib. 2005-ci ildə belə müraciətlərin sayı 116, 2010-cu ildə 80, 2017-ci ildə isə 118 olub.

 

Ötən müddətdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı baxılan mülki işlərin sayı isə 25 dəfə artıb. 2005-ci ildə məhkəmələrdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 4 mülki işə baxıldığı halda, 2017-ci ildə onların sayı 103-ə yüksəlib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system