Azərbaycanda bir nəfər də koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

Oxundu: 67
Azərbaycanda bir nəfər də koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Kliniki Tibbi Mərkəzin (KTM) Yoluxucu xəstəliklər şöbəsində müalicə alan xəstələrlə bağlı son məlumatı açıqlayıb.

 

İslaminSesi bildirir ki, qurumlardan Modern.az-a daxil olan birgə məlumata görə, fevral ayının 12-si saat 17:30-da KTM-nin Yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib:

 

“Xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Pekində təhsil alan tələbədir. Əvvəlcə Pekindən Abudabi şəhərinə, fevral ayının 12-si isə Abudabidən Bakıya gəlib. Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir”.

 

“Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddətin bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir”,-deyə rəsmi məlumatda qeyd olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system