NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 329
Azərbaycanda bir ildə 500 min tondan çox ət istehsal olunub

Azərbaycanda bir ildə 500 min tondan çox ət istehsal olunub

2017-ci ildə Azərbaycanda 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət istehsal olunub.

 

İslaminSesi “Trend”ə istinadən xəbər verir ki, ötən il ərzində, həmçinin, 2024,1 min ton (0,7 faiz çox) süd, 1 milyard 714,0 milyon ədəd (6,5 faiz çox) yumurta, 16,0 min ton (3,7 faiz az) yun, 245,2 ton (3,5 dəfə çox) barama istehsal olunub.

 

İlkin məlumatlara görə, 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 465,6 min baş qoyun və keçi, 2 milyon 679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 289,8 min baş inək və camış mövcud olub. Qaramal naxırının 48,1 faizini inək və camışlar təşkil edir.

 

Bundan əlavə ötən il quşçuluq fabriklərində diri çəkidə 81,3 min ton quş əti istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 12 milyon 343,2 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 177 ədəd yumurta alınıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system