Azərbaycanda benzinin qiyməti yenidən bahalaşa bilər - Açıqlama

Oxundu: 317
Azərbaycanda benzinin qiyməti yenidən bahalaşa bilər - Açıqlama

Natiq Cəfərli: “Aksiz vergilərin faizi artırılsa, 95 oktanlı benzinin qiymətində dəyişiklik olacaq”

 

Noyabrın 30-dan Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək. Artıq Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli qərarı ləğv edilir. Qeyd edək ki, həmin qərara əsasən sentyabrın 1-dən 90 gün müddətində ölkəyə xaricdən gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 tona görə 200 azn-dən, 1 manata endirilmişdi. Artıq həmin müddət başa çatdığından Azərbaycana gətirilən avtomobil benzininə 15% gömrük rüsumunun tətbiq ediləcəyi planlaşdırılır.

 

 Bəs görəsən gömrük rüsumunun artırılması benzinin qiymətinə təsir edəcəkmi?

 

İslaminSesi” –nin ünvanladığı sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarının vaxtı uzadıla bilər: “Hələ dəqiq bilinmir. Ola bilər ki, vaxt uzadılsın. Çünki aksiz vergilərin faizi artırılsa, ən azı 95 oktanlı benzinin qiymətində dəyişiklik olacaq. Amma 95 markalı benzin o qiymətədir ki, burada artıma yer yoxdur. Çünki Azərbaycanda 95 markalı benzinin qiyməti ABŞ dolları ilə götürsək 90 sent civarındadır. Bundan baha qiymətə satılması isə məntiqsizlikdir. Çünki bu qiymət Rusiyadan baha, Gürcüstandan isə nisbətən ucuzdur. Ona görə də qərarın uzadılması gözləniləndir”.

 

Natiq Cəfərlinin sözlərinə görə, qərarın vaxtı uzadılmasa, digər problemlərə yol açacaq: “Bu gün 92 markalı benzin Azərbaycanın öz hesabına təlabatı ödəmir. Çünki neftayırma zavodları təmirə dayanıb və istehsal azalır. Bu zaman 92 markalı benzinin qiymətində də, dəyişiklik edilə bilər. Amma bu səlahiyyət artıq Tarif Şurasına aiddir. Çünki Premium markalı benzin Tarif Şurasının nəzarətindən çıxarılıb, guya kommersiya qiymətləri ilə tənzimlənir. Əslində isə burada da bir insiharçı (Socar) mövcuddur. Premium markalı benzini ancaq Socar gətirir. Amma 92 markalı benzin hələ də Tarif Şurasının nəzarətindədir. Bu zaman Tarif Şurası toplanmalı və qiymətlə bağlı qərar qəbul etməlidir”.

 

İqtisadçı əlavə edib ki, indiki dövrdə qiymət artımına gediləcəyi inandırıcı deyil. Ona görə də, Nazirlər Kabinetinin müvafiq qərarı ən azı 6 ay da uzadacağı istisna edilmir.

 

Müşviq Tofiqoğlu

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system