NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda baş həkim barəsində akt tərtib olundu

Oxundu: 174
Azərbaycanda baş həkim barəsində akt tərtib olundu

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən  verilən məlumata görə, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı QAZ-52 markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub.

 

Araşdırma zamanı ağacların Şamaxı rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub və təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Faktla bağlı Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

 

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system