NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda bank kreditləri ilə depozit faizi arasında 4 dəfə fərq var – Vuqar Bayramov – Özəl

Oxundu: 91
Azərbaycanda bank kreditləri ilə depozit faizi arasında 4 dəfə fərq var – Vuqar Bayramov – Özəl

12 sentyabr, Fineko/abc.az. Azərbaycan banklarında depozitlə kredit faziləri arasında bir çox hallarda 4 dəfəyə yaxın fərq olur. Bu kifayət qədər böyük fərqdir. Nə beynəlxalq praktikada, nə də inkişaf etməkdə olan ölkələrin təcrübəsində belə böyük fərqlər yoxdur.

 

Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzin rəhbəri Vüqar Bayramov Abc.az-a Azərbaycanda kredit fazilərinin əmanət fazilərindən çox olmasına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, bankların depozit faizi ilə kredit faizi arasında fərqin böyük olması ilə bağlı rəhbərlik etdiyi mərkəz dəfələrlə məsələ qaldırıb və illərdir ki, bu fərqin böyük olduğunu bildirsələr də çox təəssüf ki, problem qalmaqdadır: “Bizim mərkəz tərəfindən mütəmadi olaraq sözügedən məsələ ilə bağlı hesabatlar və eləcə də təqdimatlar olub.

 

Biz təklif edirik ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən prosesə tövsiyyə xarakterli müdaxilə olsun. Təbi ki, banklar fazilərin verəcək dvidentlərin müəyyənləşdirilməsində sərbəstdilər. Amma əgər Palata tərəfindən depozit faizləri ilə kredit faizləri barədə tövsiyyə xarakterli müraciət olarsa bu kredit faziləri ilə depozit faizləri arasındakı əlaqənin formalaşmasına gətirib çıxara və kredit fazilərinin azalmasına səbəb ola bilər.

 

Eyni zamanda təbii ki, bank sektorunda rəqabətin gücləndirilməsi də çox vacibdir. Əslində böyük fərqin yaranmasına səbəb bank sektorunda rəqabətin zəif olmasıdır.

 

Bank sektorunda rəqabətin gücləndirilməsi kredit fazilərinin aşağı düşməsinə gətirib çıxara bilər və kredit faizləri ilə dvident faziləri arasındakı fərqin marjinallaşması və minimumlaşmasına səbəb ola bilər”.

 

abc.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system