NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda avtomobil təmiri sexində partlayış: YARALILAR VAR

Oxundu: 234
Azərbaycanda avtomobil təmiri sexində partlayış: YARALILAR VAR

Bərdə rayonunda avtomobil təmiri sexində partlayış olub.

İslaminSesi.info Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndindəki avtomobil sexində baş verib.

 

Rayonun Kələntərli kənd sakini, 1970-ci il təvəllüdlü Orucov Habil Bəhlul oğluna məxsus avtomobil sexində yanğınla nəticələnən partlayış olub. Hadisə nəticəsində sexin sahibi və onunla birlikdə həmin sexdə işləyən Alaçadırlı kənd sakini, 1961-ci il təvəllüdlü Qasımov Telman Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yeləşdirilib.

 

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətləri ağır olduğundan onlar Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə göndəriliblər.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system