NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır

Oxundu: 126
Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır

Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. 90 yaşını keçmiş insan uzunömürlü hesab edilir. Azərbaycanda uzunömürlülər xüsusilə İsmayıllı, Lerik, Tovuz, Gədəbəy rayonlarında üstünlük təşkil edirlər.

 

İslaminSesi bildirir ki, Səhiyyə Nazirliyi Azərbaycanda uzunömürlülərin sayı ilə bağlı Modern.az saytının sorğusunu cavablandırıb.

 

Səhiyyə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova Modern.az-a bildirib ki, əhalinin yaş strukturuna görə sayı haqqında statistik məlumatlar ildə bir dəfə, hər ilin yekununa əsasən əldə edilir.

 

“2019-cu il yanvar ayının 1-i vəziyyətinə ölkə üzrə 100 və yuxarı yaşda əhalinin sayı 880 nəfər olub. 2018-ci ildə Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu göstəricisi əhali üzrə ümumilikdə 75.8 yaş, o cümlədən kişilərdə 73.3, qadınlarda isə 78.2 yaş olub”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system