NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda 8 ayda 20 min nəfər bu xəstəliyə tutulub

Oxundu: 129
Azərbaycanda 8 ayda 20 min nəfər bu xəstəliyə tutulub

Şəkərli diabet ürək-damar və onkoloji xəstəliklərdən sonra ən geniş yayılmış üçüncü xəstəlikdir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 20-25 il əvvəl diabet xəstəsi olan 30 milyon nəfər qeydiyyatdan keçmişdisə, bu rəqəm rəsmi statistikaya görə 200, qeyri-rəsmi statistikaya görə 400 milyon nəfərdən artıqdır.

"İslaminSesi.info"  xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, 2045-ci ildə şəkərli diabet xəstələrinin sayı 620-630 milyon nəfərə çatacağı gözlənilir. 

Nazir müavini ötənilki statistikaya görə ölkəmizdə 243 min diabet xəstəsinin olduğunu, bu ilin səkkiz ayında isə həmin rəqəmin daha 20 min nəfər artdığını bildirib: "Buna görə də 2006-cı ildən bəri diabet xəstələrinə göstərilən yardımı yaxşılaşdırmaq üçün üç dəfə Dövlət Proqramı qəbul olunub. Gələn ilin büdcəsində isə onların müalicəsi üçün 8 milyon manatdan artıq vəsait ayrılıb".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system