NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir

Oxundu: 90
Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir.

"İslaminSesi.info" nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün əlillik dərəcəsi müəyyən edilir: “Sağlamlıq imkanları məhdud uşaqlar dedikdə orada autizmli uşaqlar nəzərdə tutulmur. Bu uşaqlar harada təhsil almalıdır, onların təhsili üçün kriteriyalar necə müəyyən edilməlidir? Autizmli uşaqlarla bağlı heç bir reabilitasiya mərkəzi yoxdur. Ancaq Türkiyədə belə uşaqlara dövlət müəyyən edilmiş saatlarda məcburi dərslər keçir”.

 

S.Əliyeva qeyd edib ki, gələcəkdə dünyada hər 10 uşaqdan 3-ü autizmdən əziyyət çəkəcək: “Azərbaycanda da belə uşaqların sayı artır. Təbii ki, bunun müxtəlif səbəbləri var”.

 

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, 6 minə yaxın autizmli uşağın heç də hamısı təhsildən kənarda qalmayıb, onların çoxuna evdə dərslər keçirilir.

 

Onun sözlərinə görə, Azərbaycanda inklüziv təhsilin bütün mövcud imkanlarına hüquqi təminat verilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system