NAMAZ VAXTLARI:
  • FƏCR 03:25
  • GÜN 05:12
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda 4500 ağacı kəsdilər - Üç cinayət işi açıldı

Oxundu: 280
Azərbaycanda 4500 ağacı kəsdilər - Üç cinayət işi açıldı

Bakı və bölgələrdə ağac kəsimi ilə bağlı üç cinayət işi açılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğunun yaydığı birgə məlumatda bildirilir. 

 

Nazirlik tərəfindən vətəndaşların müraciətləri əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində, Lənkəran və Quba Regional Meşə Təsərrüfatı Mərkəzlərində monitorinqlər aparılıb. 

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan ilkin araşdırmalarla Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi 93 və 99 saylı binaların arasında əvvəllər sakinlər tərəfindən 0,24 hektar sahədə salınmış bağ sahəsində 25 ədəd ağac və kolun kəsilərək məhv edilməsi və digər 98 ədədinin isə başqa əraziyə köçürülməsi ilə təbiətə xeyli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə (qanunsuz ağac kəsmə) cinayət işi başlanılıb.

 

Həmçinin, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyinin 16 saylı meşə dolayında 63 ədəd meşə cinsli ağacın kəsilməsi, Qubada isə 4408 ədəd müxtəlif cins və diametrli ağacın kəsilməsi ilə təbiətə külli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 314.1 və 259.2.4-cü maddələri cinayət işi başlanılıb.

 

Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan hər üç cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması barədə araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system