NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda 16 tikinti şirkəti məsuliyyətə cəlb edilib

Oxundu: 124
Azərbaycanda 16 tikinti şirkəti məsuliyyətə cəlb edilib

Son üç ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar xəttinə tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub.

"İslaminSesi.info" -nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, 16 tikinti obyekti üzrə araşdırmalar aparılıb və tədbirlər görülüb:

 

“Tullantıların düzgün  idarə olunmamasına görə “Azadlıq Residence” MMC, “Cavid-2016” MMC, “Elite City” MMC barəsində protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.

 

Eyni zamanda “Bina” MTK, “Bizim Ev” MMC, “Pilot-İnşaat A” MMC, “Retro Holding” MMC, “Azəri Tikinti Şirkəti” MMC, “İlk İnşaat Taahhüt Sanayi və Ticarət Anonim” Şirkəti, “Grand Plaza” MMC, “Malibo” MMC, “Araz-2011A” MMC, “N-Turan” MMC, “Kəmər İnşaat” MMC, və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilib”.

 

Umayra Tağıyeva qeyd edib ki, heç kimin belə fikri yoxdur ki, tikintilər dayandırılsın, karxanalar olmasın:

 

“Bu mümkün deyil. Şəhərimizdə böyük tikinti işləri aparılır, şəhərimiz gözəlləşir, bunlar göz qabağındadır. Lakin bu gözəl işlər, gərək əhalimizin səhhətinə mənfi təsir göstərməsin. Məqsədimiz ondan ibarətdir ki, istənilən fəaliyyət qəbul olunmuş ekoloji normativlərə uyğun aparılsın. 

 

Olmaz ki,  həm abadlaşma, tikinti işləri aparılsın, həm də insanların rahatlığına, sağlamlığına zərər gəlməsin. Əlbəttə ki olar. Buna görə müxtəlif qoruyucu texnologiyalar mövcuddur. Bu sahədə çalışan şəxslər öz fəaliyyətlərini qəbul olunmuş ekoloji  normalara uyğun qurmalıdırlar. 


Nazirliyimiz tərəfindən bu məsələyə ciddi nəzarət var. Buna görə də qısa müddətdə bu sahədə artıq dönüş yaranmalıdır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system