Azərbaycanda 1 ildə 17 mindən çox ailə dağılıb – Boşanmaların ən çox olduğu bölgələr - STATİSTİKA

Oxundu: 71
Azərbaycanda 1 ildə 17 mindən çox ailə dağılıb – Boşanmaların ən çox olduğu bölgələr - STATİSTİKA

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ölkədə 63869 nikah və 17148 boşanma halları qeydə alınıb.

 

İslaminSesi bildirir ki, Ədliyyə Nazirliyindən  verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

 

Nikahlar əsasən əhalinin hər 1000 nəfərinə Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olmuş, boşanmalar isə əsasən Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system