NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycana narkotik keçirmək istəyən Türkmənistan vətəndaşı saxlanıldı

Oxundu: 100
Azərbaycana narkotik keçirmək istəyən Türkmənistan vətəndaşı saxlanıldı

Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Türkmənistan Respublikası vətəndaşı Orazov Nurmammet Orazmammet oğluna məxsus yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

"İslaminSesi.info"  xəbər verir ki, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitənin olmadığını bildirib.

 

Vətəndaş özünü şübhəli və narahat apardığı üçün onun üzərində şəxsi yoxlama aparılıb və əynindəki gödəkçənin sol üst cibindən üç bükümdə, ümumi çəkisi 13 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system