NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycana məxsus olan “ASAN Xidmət” modeli 8 ölkədə tətbiq olunacaq

Oxundu: 272
Azərbaycana məxsus olan “ASAN Xidmət” modeli 8 ölkədə tətbiq olunacaq

“2015-ci ildə BMT-yə üzv ölkələrin Dövlət Xidmətləri Forumunda dövlət xidmətlərinin çatdırılması kateqoriyası üzrə “ASAN Xidmət” konsepsiyası I yerə layiq görüldü və BMT-yə üzv olan bütün ölkələrə bu modelin tətbiqi tövsiyyə olundu. Bunun nəticəsidir ki, hazırda 8 ölkədə "ASAN Xidmət" modelinin implementasiyası ilə bağlı işlər gedir".

İslaminSesi - Bunu "MyGov" portalının təqdimatında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

 

Onun sözlərinə görə, artıq bununla bağlı beynəlxalq sazişlər imzalanıb və ciddi işlər gedir: “Gələn ay Bakıda BMT-nin növbəti Dövlət Xidmətləri Forumu keçiriləcək. Bu, dövlət agentliyinun təşkilatçılığı ilə baş tutacaq və BMT-nin Baş qərargahının Azərbaycanda keçirəcəyi ilk tədbirdir. Bu cür mötəbər tədbirin keçirilməsi üçün seçim zamanı bir sıra meyarlar nəzərə alınır. Onlar sırasında dövlət xidmətləri sahəsində görülən işlər və bu xidmətlərin əlçatanlığı da var. Bütün bunlar dövlət başçısının gördüyü işləri BMT rəhbərliyinin yüksək qiymətləndirdiyini göstərir". (Report)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system