Azərbaycana hibrid avtomobillər gətiriləcək

Oxundu: 346
Azərbaycana hibrid avtomobillər gətiriləcək

Azərbaycan əhalisinin təxminən 40 faizi Bakı və Abşeron ərazisində yaşayır.

İslaminSesi.info xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun panelində çıxışı zamanı deyib. 

 

Onun sözlərinə görə, Abşeron ərazisində yaşıllıq az olduğu üçün yeni ağacların əkilməsinə ehtiyac var. 

 

“Bunun üçün də yeni su mənbələri axtarmalıyıq. Abşeron coğrafi baxımdan səhra və yarımsəhradır. Burada suyun ənənəvi yolları olmadığı üçün şəhər ətrafından gətirilir. Bu da qarşımızda duran ən vacib məsələlərdən biridir”.

 

Nazir avtomobillərdən atmosferə atılan tullantılar məsələsinə də toxunub:

 

“Hazırda Azərbaycana hibrid avtomobillərin gətirilməsi təşviq edilir. Bununla da atmosferə atılan zərərli qazların təsirini azaltmaq istəyirik”.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system