NAMAZ VAXTLARI:
  • FƏCR 06:24
  • GÜN 07:50
  • ZÖHR 12:32
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox artıb

Oxundu: 352
Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycana ümumilikdə 986 ədəd avtomobil idxal olunub.

 

"İslaminSesi.info" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar ayı ilə ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 517 ədəd avtomobil və ya 2,1 dəfə artıb.

 

Ölkəyə gətirilən avtomobillərin 4 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 908 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 73 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 1 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system