Azərbaycana ən çox məhsul idxal edən ölkələr - Çin 3-cü yerdədi

Oxundu: 95
Azərbaycana ən çox məhsul idxal edən ölkələr - Çin 3-cü yerdədi

2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 122 ölkəyə məhsul ixrac,185 ölkədən idxal olunub.

 

İslaminSesi bildirir ki, Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ildə xarici ticarət dövriyyəsi 33138,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19471,3 milyon dollar, idxalın dəyəri 13667,2 milyon dollar təşkil edib. Nəticədə 5804,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

 

2018-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,3 faiz artıb, real ifadədə isə 3,7 faiz, o cümlədən idxal 6,5 faiz, ixrac 2,0 faiz azalıb.

 

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 85,0 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, İsveçrə, İsrail, Hindistan, Ukrayna, ABŞ, Fransa, İspaniya, Birləşmiş Krallıq, Çexiya, Gürcüstan, Kanada, İran, Xorvatiya və Tailand ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

 

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiyanın, 12,0 faizi Türkiyənin, 10,5 faizi Çinin, 9,0 faizi İsveçrənin, 5,6 faizi ABŞ-ın, 5,2 faizi Almaniyanın, 3,4 faizi Ukraynanın, 3,3 faizi İranın, 2,9 faizi Kanadanın, 2,7 faizi İtaliyanın, 2,2 faizi Avstraliyanın, 1,8 faizi Fransanın, 1,7 faizi Birləşmiş Krallığın, 1,6 faizi Yaponiyanın, hər biri 1,5 faiz olmaqla Belarus, Qazaxıstan və Türkmənistanın, 1,2 faizi Koreyanın, 15,6 faizi isə digər ölkələrin payına düşüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system