Azərbaycana daha çox bu üç xarici ölkədən valyuta daxil olur - ADLAR

Oxundu: 41
Azərbaycana daha çox bu üç xarici ölkədən valyuta daxil olur - ADLAR

“Hazırda Azrbaycana xarici ölkələrdən daha çox Rusiya, Ukrayna və Türkiyədən valyuta daxil olur”.

 

İslaminSesi bildirir ki, bunu Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

Ekspert deyib ki, bu barədə yalnız qarşı tərəfin açıqladığı rəqəmlərə əsasən fikir bildirmək olar:


“Doğrusu, 2015-ci il devalvasiyalarına, neft qiymətlərinin kəskin enməsinə qədər Rusiyadan Azərbaycana daxil olan valyutanın həcmi indikindən 3 dəfə çox idi. 2015-ci ilədək Rusiyadan ölkəyə daxil olan valyutanın həcmi 3 milyard idi. Sonradan neft qiymətlərinin enməsi, Rusiyaya qarşı sanksiya rejiminin tətbiqi, rublun 2 dəfədən çox dəyərdən düşməsi bu ölkədən Azərbaycana daxilolmaları azaldıb. İndi təqribən Rusiyadan Azərbaycana daxil olan valyutanın həcmi 1 milyarda yaxındır. Son 9 ayın nəticələrinə görə, daxilolmalar 700 milyona yaxın idi. İlin sonuna qədər vəsaitin daxil olacağını  nəzərə alsaq, onun həcmi təqribən 1 milyarda yaxınlaşacaq. İstənilən halda bu da kifayət qədər ciddi rəqəmdir. Xüsusilə regionlarda yaşayanaların sosial problemlərinin həllində, iqtisadi aktivlikdə, ticarət dövriyyəsində bu vəsaitin müəyyən rolu var”.

 
İqtisadçının sözlərinə görə, Ukrayna və Türkiyədən daxil olan valyutanın həcmi Rusiyadan daxil olanla müqayisədə azdır:


“Bu vəsaitlər dəfələrlə azdır. Həmin ölkələrdən Azərbaycana təxminən bir neçə yüz milyon valyuta gəlir. Bunlar da yenə Ukrayna və Türkiyədə yaşayan azərbaycanlılardır ki, öz ailələrinə pul göndərirlər.

Qarşı tərəfdən açıqlanan məlumatlar yalnız pulköçürmə xidmətləri vasitəsilə köçürülən vəsaitlərdən ibarətdir. Yəni əldən-ələ, cibdən-cibə, qohumdan-qohuma göndərilən pullar rəsmi rəqəmlərdə əks olunmur”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system