NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 2696
Azərbaycan XİN-dən İsrail səfirliyində baş verən özbaşınalıqla bağlı rəsmi açıqlama

Azərbaycan XİN-dən İsrail səfirliyində baş verən özbaşınalıqla bağlı rəsmi açıqlama

“İslaminSesi” xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Hikmət Hacıyev İsrail səfirliyinin əməkdaşları ilə haqqin.az saytının jurnalisti Eynulla Fətullayev arasında baş vermiş insidentlə bağlı açıqlama verib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan XİN-i xarici səfirliklərinin əməkdaşlarının bu cür davranışının qeyri-hüquqiliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edib:

 

"Azərbaycan XİN xarici səfirliklərinin əməkdaşlarının bu cür davranışının qeyri-hüquqiliyi haqqında xəbərdarlığı dəfələrlə edib. Və biz indi də yenidən Bakıda akkreditə olunmuş diplomatik missiyaların əməkdaşlarına öz fəaliyyətlərini diplomatik və konsulluq münasibətləri haqqında Vyana konvensiyasına uyğun olaraq  həyata keçirməyə, yəni öz diplomatik imtiyaz və güzəştlərindən sui-istifadə etməməyə və olduqları ölkənin qanunlarına və vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırırıq".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system