NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər

Oxundu: 150
Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər

Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsi üçün “ASAN viza” sistemini tətbiq edə bilər.

 

İslaminSesi bildirir ki, Bunu Almaniya İqtisadiyyatının Şərqi Komitəsinin rəqəmsallaşdırma üzrə işçi qrupunun rəhbəri Ştefan Keqebayn deyib.

 

Ş.Keqebaynın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır: “Danışıqlar uğurla başa çatsa, bu Azərbaycan vətəndaşları üçün təkcə Almaniyaya yox, Avropa İttifaqının digər ölkələrinə də viza alınması prosesini sadələşdirməyə imkan verəcək. Ümid edirəm ki, bu texnologiya öz tətbiqini tapacaq”.

 

İşçi qrupunun rəhbəri əlavə edib ki, Almaniya informasiya-kommunikasya texnologiyaları sahəsində Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır: “Gələn ilin əvvəlində biz Azərbaycan hökumətinin yüksək səviyyəli nümayəndələri ilə görüşəcəyik. Bu gün Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan asılıdır və İKT sektoru iqtisadiyyatın şaxələndirilməsi prosesinə mühüm töhfə verə bilər”.

 

Trend xatırladır ki, Almaniya tərəfi ilə danışıqlar “ASAN viza 2” konsepsiyası çərçivəsində aparılır. Bu, Azərbaycan vətəndaşlarına xarici ölkələrə getmək üçün viza verilməsinin “ASAN viza” platforması vasitəsilə sadələşdirilməsini nəzərdə tutur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system