Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı AÇIQLANDI

Oxundu: 62
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı AÇIQLANDI

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

 

İslaminSesinin Modern.az- a istinadən  məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

 

Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşiklə görüşüb, o da xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasını dəstəkləyib:

 

"Digər hər hansı bir məsələ çıxmasa, bu ayın sonunda XİN başçılarının görüşü nəzərdə tutulur".

 

Xatırladaq ki, son görüş 2019-cu ilin dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system