DÜNYA

Oxundu: 27
Azərbaycan və Ermənistan XİN başçılarının Vyanada keçirilmiş görüşünün yekunları

Azərbaycan və Ermənistan XİN başçılarının Vyanada keçirilmiş görüşünün yekunları

Dekabrın 6-da Vyanada Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında növbəti görüş keçirilib.

XİN rəhbərlərinin görüşü ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilib və təkbətək formatda davam edib.

 

İslaminSesi.info SputnikArmenia-ya istinadla xəbər verir ki, Elmar Məmmədyarov görüş zamanı Edvard Nalbandyanla Ermənistan və Azərbaycan prezidentlərinin Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində əldə olunmuş razılaşmalarının reallaşdırılması yollarını müzakirə edib.

 

Görüş zamanı həmçinin həmsədrlərin gələcək müddətdə regiona səfəri müzakirə olunub.

 

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi ilə Qarabağ münaqişəsinin nizamlanması üzrə XİN başçıları arasındakı növbəti görüşün 2018-ci ilin əvvəlində keçirilməsi barədə razılıq əldə edilib. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system