NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 300
Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

2017-ci ildə Azərbaycan Türkiyəyə 6,54 milyard kubmetr qaz tədarük edib.

"İslaminSesi.info"  bu barədə Türkiyənin Enerji Bazarlarının Nizamlanması İdarəsinin hesabatına istinadən məlumat verir.

 

Hesabatda qeyd olunur ki, 2016-cı ildə bu göstərici 6,48 milyard kubmetrə bərabər idi.

 

Ötən il Türkiyə 55,2 milyard qaz idxal edib ki, ondan 44,43 milyardı boru kəmərləri, 10,76 milyard kubmetri mayeləşdirilmiş təbii qaz idxalının payına düşüb.

 

Türkiyənin təbii qaz idxalında Azərbaycanın payı 11,9 faiz təşkil edib.

 

Qeyd edək ki, Türkiyə Azərbaycandan Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə qaz idxal edir.trend

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system