NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan özünün milli antivirusunu hazırlayır

Oxundu: 97
Azərbaycan özünün milli antivirusunu hazırlayır

"Biz özümüzün milli antivirus proqramımızı hazırlamağa başlamışıq. Ümid edirəm ki, bu ilin ikinci yarısında milli antivirusun beta versiyasını hazırlayıb təqdim edəcəyik".

"İslaminSesi.info" xəbər verir ki, bunu "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində AMEA-nın İKT institutunda keçirilən tədbirdə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nümayəndəsi Tural Məmmədov deyib.

 

T.Məmmədovun sözlərinə görə, təmsil etdiyi təşkilat dövlət qurumları üçün vahid e-mail sisteminin tətbiqinə başlayır: "Artıq bu sistem hazırdır və dövlət qurumlarında olan e-maillərin miqrasiyası başlanılıb. Vahid e-mail sisteminin özəlliyi ondan ibarətdir ki, biz burada daha mükəmməl kriptolaşma tətbiq edirik. Bu isə təhlükəsizlik baxımından önəmlidir".

 

Tural Məmmədov bu gün istifadəyə verilən blacklist.gov.az saytı haqqında da məlumat verib: "Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında saxta məlumat yayılmışdı. Məhz ondan sonra biz qərara gəldik ki, belə bir sayt yaradaq və zərərverici kontentləri bura yerləşdirək. Hazırda saytda 30507 informasiya resursu yerləşdirilib ki, bundan da istifadə edilə bilər".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system